İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub
- 07 dekabr, 2021
- 21:28
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində iki evinə həbs qoyub.
"Report" “Kommersant”a istinadən xəbər verir ki, bu barədə VTB-nin tərkibinə daxil olan VMT bankının mətbuat xidməti məlumat yayıb.
“VTB mövcud qanunvericilik çərçivəsində Telman İsmayılovun borcunun alınması üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, - bankın mətbuat xidmətindən bildiriblər.
Telman İsmayılov özü hazırda Monteneqrodadır və Rusiya hakimiyyəti onun ekstradisiyasını tələb edir. Rusiya Telman İsmayılovu 2017-ci ildə qiyabi həbs edib, o, 2018-ci ildən beynəlxalq axtarışdadır.
Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlinin təşkilində ittiham olunur.