İsraildə İranın raket zərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb
Digər ölkələr
- 16 iyun, 2025
- 04:29
İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.
“Report” “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə Fəlakət Qurbanlarının Tanınması (ZAKA) təşkilatı məlumat yayıb.
“İranın raket hücumundan sonra bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb”, – nəşr ZAKA-ya istinadən bildirib.
Qeyd olunub ki, təkcə bu şəhərdə raket hücumları nəticəsində ölənlərin sayı doqquz nəfərdir.
Beləliklə, cümə günündən bəri İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa, azı 390 nəfərin yaralandığı deyilir.
Son xəbərlər
21:38
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb
Xarici siyasət21:35
İlham Əliyev "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb
Xarici siyasət21:32
"Əl-Nəsr" Ronaldunu ilk dəfə start heyətə daxil edib
Futbol21:16
Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir
Media21:05
Danimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb
Digər ölkələr20:51
Foto
Bakıda 16 yaşadək cüdoçular arasında "İstedadların seçimi" turniri start götürüb
Fərdi20:40
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub
Komanda20:31
Əraqçi: Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər
Region20:29