İsrail XİN başçısı Fransa Prezidentinə cavab verib

İsrail XİN başçısı Fransa Prezidentinə cavab verib İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makrona cavab verib.
Digər ölkələr
11 Noyabr , 2023 12:32
İsrail XİN başçısı Fransa Prezidentinə cavab verib

İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib.

“Report”un xəbərinə görə, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır.

“HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, - E.Koen bildirib.

Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: “Biz HƏMAS-la İŞİD-i məhv edənə və girovlarımızı geri qaytarana qədər işimizi davam etdirəcəyik”.

Qeyd edək ki, daha əvvəl E.Makron İsraili atəşkəsə çağırmışdı.

Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi