İsrail Prezidenti yeni hökumətlə bağlı partiyalarla məsləhətləşmələr aparacaq

İsrail Prezidenti yeni hökumətlə bağlı partiyalarla məsləhətləşmələr aparacaq İsrail Prezidenti İsaak Hersoq yeni hökumətlə bağlı partiyalarla məsləhətləşmələr aparacaq.
Digər ölkələr
9 Noyabr , 2022 06:24
İsrail Prezidenti yeni hökumətlə bağlı partiyalarla məsləhətləşmələr aparacaq

İsrail Prezidenti İsaak Hersoq yeni hökumətlə bağlı partiyalarla məsləhətləşmələr aparacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin Ofisi məlumat yayıb.

Noyabrın 9-da başlayacaq məsləhətləşmələr üç gün davam edəcək.

"Prezident ənənəvi olaraq, bütün partiyaların nümayəndələri ilə görüşəcək və onların tövsiyələrini dinləyəcək, bundan sonra hökumətin formalaşdırılması vəzifəsini həvalə edəcəyi Knesset üzvünün adını açıqlayacaq", - məlumatda deyilir.

Ofisdən bildirilib ki, qanuna əsasən, Baş nazir postuna ilk iddiaçıya kabineti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək, bu müddətin 14 gün uzadılması mümkündür.

Hersoq ilk olaraq keçmiş baş nazir parlamentə seçkilərdə üstünlük qazanmış Benyamin Netanyahunun "Likud" partiyasının nümayəndələrini qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi