İsrail Prezidenti yeni hökumətin qurulması ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb

İsrail Prezidenti yeni hökumətin qurulması ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb İsrail Prezidenti İsaak Hersoq yeni hökumətin qurulması ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb.
Digər ölkələr
9 Noyabr , 2022 18:19
İsrail Prezidenti yeni hökumətin qurulması ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb

İsrail Prezidenti İsaak Hersoq yeni hökumətin qurulması ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yaylb.

Məsləhətləşmələr Prezident ofisində keçirilir. Hersoq yeni parlamentdə ən çox yer qazanmış keçmiş baş nazir Benyamin Netanyahunun "Likud" partiyasının nümayəndələrini ilk qəbul edən şəxs olub.

Günün sonunda o, daha üç partiyanın nümayəndələri ilə görüşlər keçirəcək.

Məsləhətləşmələr üç gün davam edəcək.

Qeyd edək ki, İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq. İsrail qanunlarına əsasən, B.Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.

Xatırladaq ki, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi