İsrail Livanın keçmiş Baş nazirini öldürməkdə təqsirləndirilən şəxsi zərərsizləşdirib

İsrail Livanın keçmiş Baş nazirini öldürməkdə təqsirləndirilən şəxsi zərərsizləşdirib İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın qərbində, Livanla sərhəd yaxınlığında yerləşən Quseyr şəhəri yaxınlığında “Hizbullah” obyektlərinə hava zərbələri endirib.
Digər ölkələr
10 Noyabr , 2024 22:23
İsrail Livanın keçmiş Baş nazirini öldürməkdə təqsirləndirilən şəxsi zərərsizləşdirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın qərbində, Livanla sərhəd yaxınlığında yerləşən Quseyr şəhəri yaxınlığında “Hizbullah” obyektlərinə hava zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Noyabrın 9-da baş verən hava hücumunda bir neçə nəfər, o cümlədən 2020-ci ildə Livanın keçmiş Baş naziri Rafik Həririnin (1944-2005) öldürülməsini təşkil etməkdə təqsirli bilinən “Hizbullah” üzvü Səlim Ayyaş ölüb.

Haaqada keçirilən Livan üzrə Xüsusi Tribunal (STL) Ayyaşı qiyabi olaraq beş ömürlük həbs cəzasına məhkum etmişdi. Əvvəllər iş üzrə əsas müttəhim “Hizbullah”ın silahlı qanadının üzvü Əmin Bədrəddin olub, lakin o, Suriyada döyüşlər zamanı öldürülüb.

Livan üzrə Xüsusi Tribunal 2007-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə 2005-ci il fevralın 14-də Beyrutda Həririnin ölümü ilə nəticələnən terror aktında əli olanların məsuliyyətə cəlb edilməsi üçün yaradılıb. Sahildə baş verən partlayışda tanınmış siyasətçinin mühafizəçiləri və köməkçiləri də daxil olmaqla 22 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi