İsrail Livanda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr
- 03 sentyabr, 2024
- 01:52
İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinin istifadə etdiyi 10-a yaxın buraxılış qurğusuna hücum edib.
"Report"un xəbərinə görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, qurğular İsrail vətəndaşları üçün təhlükə yaradırdı. Hədəflər Livanın cənubundakı Zıbkin və Şıxin yaşayış məntəqələrinin yaxınlığında yerləşib.
Hücumlar zamanı bu atıcı qurğulardan İsrailin şimalındakı Ərəb əl-Aramşe kəndinə bir neçə mərmi atılıb. Onlardan bəziləri vurulub, digərləri açıq ərazilərə düşüb, lakin itkilər barədə məlumat verilməyib.
Bundan əlavə, Livanın cənubundakı Houla bölgəsində də “Hizbullah”ın müşahidə məntəqələri vurulub.
Son xəbərlər
08:46
Çinlə ABŞ arasında ticarət həcmi 17,5% azalıb
Digər ölkələr08:33
AEBA ekspertləri "Fukusima" AES-də suyun axıdılması prosesini yoxlayacaq
Digər ölkələr08:18
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:17
Pentaqon qarşıdakı iki ildə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək
Digər ölkələr08:09
Kamboca Tailandı sülh bəyannaməsini pozmaqda ittiham edib
Digər ölkələr07:37
NYT: Deportasiya edilmiş İran vətəndaşlarını daşıyan ikinci təyyarə ABŞ-dən yola düşüb
Digər ölkələr07:04
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur06:53
Tailand və Kamboca sərhədində gərginlik pik həddə çatıb, ölənlər və yaralılar var
Digər ölkələr06:12