İsrail Ordusunun “Qolani” briqadasının 13-cü batalyonunun əsgərləri Qəzzada Şecayə bölgəsindəki "Fələstin Meydanı" adlanan ərazini ələ keçirərək, 2014-cü ildə buraya edilən hücuma həsr olunmuş abidəni dağıdıblar.
“Report” bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.
"Biz 13-cü batalyon olaraq HƏMAS terror təşkilatının əməliyyatı zamanı baş vermiş fəlakəti tərənnüm edən abidənin ucaldığı yerdəyik. Biz HƏMAS-a açıq siqnal göndəririk: harada belə abidə qoyulsa, gəlib dağıdacağıq”, - batalyonun yeni komandiri Yuval Mazuz bildirib.
Qeyd edək ki, 2014-cü il müharibəsi zamanı “Qolani” briqadasının 7 əsgəri Şecayədə gedən döyüşlərdə həlak olub. Yeddi əsgərdən birinin, çavuç Oron Şaulun meyitinin qalıqları HƏMAS tərəfindən götürülüb və hələ də onların əlindədir.
Hadisədən sonra HƏMAS İsrailin zirehli transportyoru vuran iri yumruğun təsvir olunduğu, birində Şaulun adını daşıyan üç jeton asılan abidə ucaldıb.
Dekabrın 18-də 13-cü “Qolani” batalyonu və 188-ci zirehli briqadanın qoşunları meydanı ələ keçirərək abidəni dağıdıblar.