HƏMAS israilli girovun meyitini BQXK-ya təhvil verib - YENİLƏNİB
Digər ölkələr
- 03 dekabr, 2025
- 19:56
HƏMAS Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) həlak olmuş girovun meyiti olan tabutu təhvil verib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata əsasən, girovun meyiti Qəzza sektorunun şimalında aşkarlanıb.
Qalıqlar anklav ərazisində İsrail qoşunlarına təhvil veriləcək.
Yaxın saatlarda HƏMAS Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları vasitəsilə İsrailə daha bir həlak olmuş girovun meyitini təhvil verəcək.
"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.
Qeyd olunur ki, qalıqlar bu gün Qəzza sektorunun şimalında aparılan axtarışlar zamanı aşkarlanıb. Meyit ekspertiza üçün Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna təhvil veriləcək.
Son xəbərlər
05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26
Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Futbol05:14
DÇ-2026: Argentina İsveçrə ilə oyunda hesabı açıb - YENİLƏNİR
Futbol05:13
İranın bir sıra şəhərlərində partlayışlar olub
Region05:04
Tomas Tuxel: "Bu gün Norveçə qarşı bir qədər də şanslı idik"
Futbol04:37
Amerika basketbolçusu Kaynu Roçford Nyu-Yorkda atışmada öldürülüb
Komanda04:06
ABŞ İrana qarşı üçüncü hücum dalğasına başlayıb
Digər ölkələr04:02
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Norveç ilə matçın ən yaxşısı seçilib
Futbol03:47