İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb

İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb İspaniya Milli Polisi 90-dan çox ölkədə 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən birini saxlayıb.
Digər ölkələr
10 Dekabr , 2023 14:55
İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb

İspaniya Milli Polisi 90-dan çox ölkədə 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən birini saxlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Alikantedə Venesuela vətəndaşını dünyanın müxtəlif yerlərində şirkətlərə çoxsaylı hücumlar həyata keçirən “Kelvin Security” qruplaşması ilə əlaqədə olduğuna görə saxlayıblar.

Polisin bildirdiyinə görə, şübhəli cinayətkar fəaliyyətdən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxs olub.

İstintaq 2021-ci ilin dekabrında, hüquq-mühafizə orqanlarının əməkdaşları Getafe və Kamas şəhər meriyalarının kompüter sistemlərinə kiberhücumlar edildiyi vaxt başlayıb.

Qrupun qanunsuz yolla əldə etdiyi məlumatları satdığı qeyd olunur.Son üç il ərzində o, 300-dən çox kiberhücum həyata keçirib.

Son xəbərlər

Orphus sistemi