İŞİD tərəfindən törədilən cinayətlər barədə BMT TŞ-da iclas keçiriləcək

İŞİD tərəfindən törədilən cinayətlər barədə BMT TŞ-da iclas keçiriləcək “İŞİD tərəfindən törədilən cinayətlər barədə BMT TŞ-da iclas keçiriləcək”.
Digər ölkələr
2 Dekabr , 2023 00:45
İŞİD tərəfindən törədilən cinayətlər barədə BMT TŞ-da iclas keçiriləcək

“İŞİD tərəfindən törədilən cinayətlər barədə BMT TŞ-da iclas keçiriləcək”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu dekabr ayından BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək Ekvador respublikasının BMT-dəki daimi nümayəndəsi, səfir Xose de la Qaska (José de la Gasca) BMT-nin Nyu-Yorkdakı Baş qərargahında baş tutan mətbuat konfransında təşkilatın ay ərzindəki proqramını açıqlayan zamanı deyib.

Səfir bildirib ki, Yaxşı Şərqdə davam edən müharibə ay ərzində qurumun gündəmində olacaq. Həmçinin, Suriyada İŞİD tərəfindən törədilən cinayətlərin araşdırılması üçün yaradılan istintaq qrupunun məlumatları ilə bağlı da sessiyanın keçirilməsi nəzərdə tutulub.

Səfir əlavə edib ki, bununla yanaşı ay ərzində Əfqanıstandakı iqtisadi, siyasi və humanitar vəziyyət, Cənubi Sudan və Yəməndəki mövcud reallıqlarla bağlı TŞ-da müzakirələrin keçirilməsi planlaşdırılır:

“BMT TŞ-na sədrlik etmək üçün 31 ildir ki, gözləyirik. Bu səbəbdən də bu rolu böyük məsuliyyətlə üzərimizə götürəcəyik. Bu ay olduqca məhsuldar olacaq. Ay ərzində münaqişələr, yaranan təhdidlərin qarşısının alınması, silahların qeyri-qanuni dövriyyəsi ilə mübarizə, sülhün qorunması, qadınların sülh və təhlükəsizlik şəraitdə yaşaması mövzusunda da iclaslar keçirməyi planlayırıq”.

Son xəbərlər

Orphus sistemi