İrlandiya Ruandaya qovulma ilə bağlı qanununun qəbul edildiyi Böyük Britaniyadan ölkəyə gələn qanunsuz miqrantların kütləvi axını ilə üzləşib.
“Report” RTE telekanalına istinadən xəbər verir ki, son günlər İrlandiya hakimiyyətinə sığınacaq üçün müraciət edənlərin 80 %-i ölkəyə Birləşmiş Krallıqdan Şimali İrlandiya ilə qorunmayan sərhəddən gəlib.
“Mən qətiyyən hansısa başqa ölkənin miqrasiya siyasətinin ölkəmizə təsir etməsinə icazə verməyəcəyəm, bizim ölkə heç bir şəkildə digər insanların miqrasiya problemlərini həll etmək üçün boşluq yaratmır, - İrlandiyanın Baş naziri Simon Harris deyib.
İrlandiyanın ədliyyə naziri Helen Makenti Britaniyanın daxili işlər naziri Ceyms Kleverli ilə vəziyyəti müzakirə etmək niyyətindədir. Çərşənbə axşamı İrlandiya Nazirlər Kabineti, qanunsuz mühacirlərin Birləşmiş Krallığa qayıdığını asanlaşdıracaq qanun layihəsi təqdim etmək niyyətindədir. İrlandiya Məhkəməsi Aİ qanunlarına görə Britaniyanı artıq "təhlükəsiz üçüncü ölkə" hesab edilə bilməyəcəyinə qərar verdikdən sonra proses xeyli çətinləşib.
Bu, Britaniya hakimiyyətinin Birləşmiş Krallıqda sığınacaq almaq hüququndan məhrum edilmiş və mühafizəkar hökumətin planlarına görə, razılaşmanın bağlandığı Ruandaya sürgün ediləcək qanunsuz miqrantlara qarşı siyasəti ilə əlaqədardır.
Britaniya hökumətinin Ruandaya qanunsuz mühacirlərin göndərilməsini nəzərdə tutan planı, təxminən iki il əvvəl Boris Consonun kabineti tərəfindən təqdim edilib.