İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak olub

İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak olub İraqın Anbar əyalətinin Ramadi şəhəri yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində altı hərbçi öldürülüb
Digər ölkələr
28 Fevral , 2021 15:24
İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak olub

İraqın Anbar əyalətinin Ramadi şəhəri yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində altı hərbçi öldürülüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Baghdadtoday.news xəbərlər portalı bildirib.

Təhlükəsizlik qüvvələrinin nümayəndəsinin məlumatına görə, partlayış İraq qüvvələrinin Anbar əyalətinin qoşununun hərbləşdirilmiş dəstələrinə dəstək vaxtı keçirilən terrorçuluğa qarşı əməliyyatının gedişatında olub. Əsgərlər kənddə İŞİD terrorçuları tərəfindən tərk edilmiş avtomobili aşkar edib. Avtomobilin yoxlanılması zamanı güclü partlayış olub. Həlak olanlardan ikisi İraq ordusunun əsgəri, dördü yığma qoşun silahlılarının hərbçiləridir.

Son xəbərlər

Orphus sistemi