İngiltərədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artıb

Digər ölkələr
  • 28 dekabr, 2021
  • 01:13
İngiltərədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artıb

İngiltərədə son bir həftə ərzində COVID-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı demək olar ki, 27% artaraq 6 688 nəfərdən 8 474 nəfərə çatıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Böyük Britaniyada son 24 saat ərzində 98,5 min koronavirusa yeni yoluxma faktı qeydə alınıb. Son beş gündə ölkədə gündəlik yoluxma sayı yüz mindən çox olub.

Koronavirusa rekord yoluxma isə dekabrın 24-də qeydə alınıb. Belə ki, 122 min şəxsin analiz nümunələri müsbət çıxıb.

Ümumilikdə, son yeddi gündə ölkədə 760 mindən çox yeni yoluxma qeydə alınıb ki, bu da əvvəlki yeddi günlük dövrlə müqayisədə 30% artım deməkdir.

Xatırladaq ki, artıq Şotlandiya, Uels və Şimali İrlandiyada koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib. Şimali İrlandiyada tətbiq edilən qərarlara əsasən kafe və restoranların fəaliyyəti dayandırılıb, altı nəfərdən çox şəxsin bir yerdə olmasına icazə verilmir.

Son xəbərlər

Bütün Xəbər Lenti