İndoneziyada torpaq sürüşməsi: 20 nəfər itkin düşüb, 14 nəfər yaralanıb

İndoneziyada torpaq sürüşməsi: 20 nəfər itkin düşüb, 14 nəfər yaralanıb Sürüşmənin davamlı leysan yağışlar nəticəsində baş verdiyi bildirilib
Digər ölkələr
15 Fevral , 2021 10:47
İndoneziyada torpaq sürüşməsi: 20 nəfər itkin düşüb, 14 nəfər yaralanıb

İndoneziyanın Yava adasında torpaq sürüşməsi nəticəsində 20 nəfər itkin düşüb, 14 nəfər ağır yaralanıb.

“Report” ANTARA-ya istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Agentliyi yayıb.

Hadisə yanvarın 15-də gecə saatlarında Şərqi Yava əyalətinin Nqetos kəndində baş verib. Təbii fəlakət nəticəsində 8 ev dağılıb.

Sürüşmənin davamlı leysan yağışlar nəticəsində baş verdiyi bildirilib. Adadakı bir neçə kəndi su basıb.

Hadisə yerinə polis, ordu və könüllülər cəlb edilib.

Son xəbərlər

Orphus sistemi