İndoneziyanın Şərqi Yava əyalətində qatarın mikroavtobusla toqquşması nəticəsində azı 11 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi xilasedicilərə istinadən məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla saat 19:53-də mikroavtobus nizamlanmayan dəmir yolu keçidindən keçərkən baş verib. Hadisə nəticəsində daha 3 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.