İndoneziyada kömür mədəni çöküb, ölənlər var

Digər ölkələr
  • 30 avqust, 2020
  • 19:39
İndoneziyada kömür mədəni çöküb, ölənlər var

İndoneziyanın qərbindəki Banqka-Belitunq əyalətində kömür mədəninin çökməsi nəticəsində ən azı üç mədənçinin öldüyü və daha üç nəfərin itkin düşdüyü bildirilir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Departamentinin nümayəndələri məlumat veriblər.
Axtarışlar davam etdirilir. Şiddətli yağışların çökməyə səbəb ola biləcəyi aydınlaşdırılır.

44 filmi