İtaliyada bərə körpüyə çırpılıb, 50 nəfər xəsarət alıb

Digər ölkələr
  • 17 iyun, 2017
  • 17:44
İtaliyada bərə körpüyə çırpılıb, 50 nəfər xəsarət alıb
Twitter

Bakı. 17 iyun. REPORT.AZ/ İtliyanın İskya adasında bərə körpüyə çırpılıb.

"Report" ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər xəsarət alıb.

Onlardan heç birinin zədəsinin ciddi olmadığı bildirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.