Yuxarı

​İsraillə ərəb dövlətləri arasında ticarət dövriyyəsi yarım milyard dollar olub

Mərakeşlə ticarət əlaqəsi 2014-cü ilin uyğun dövrü ilə müqayisədə 140 faiz təşkil edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Cari ilin 11 ayı ərzində İsraillə ərəb dövlətləri arasında ticarət dövriyyəsi yarım milyar dollardan artıq olub.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, bunun 386 milyon dolları İordaniyanın payına düşür. Misir 121 milyon dollarlıq ticarət dövriyyəsi ilə ikinci, Mərakeş isə 31,7 milyon dollarla üçüncü yerdədir.

Mərakeşlə İsrail arasında ticarət dövriyyəsi 2014-cü ilin uyğun dövrü ilə müqayisədə 140 faiz təşkil edib.

Dördüncü yerdə isə 4,3 milyon dollarlıq ticarət dövriyyəsi ilə Mavritaniya gəlir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi