İsraildə koronavirusa yoluxanların sayı 13 500-ü keçdi

Digər ölkələr
  • 20 aprel, 2020
  • 07:26
İsraildə koronavirusa yoluxanların sayı 13 500-ü keçdi

İsraildə son sutkada 292 nəfər koronavirusa yoluxub.

“Report” “newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada virusdan daha 2 nəfər ölüb. İsraildə pandemiyaya yoluxanların ümumi sayı 13 654-ə, infeksiya qurbanlarının sayı isə 173-ə çatıb.

Məlumata görə, aprelin 21-dən şagirdlər arasında məsafə gözlənilməklə məktəblərin fəaliyyəti qismən bərpa olunacaq. Bundan başqa hər 15 dəqiqədən sonra fasilə veriləcək.