İsrail İordaniya ilə sərhəddə hündürlüyü 26 metr olan divarın tikintisini başa çatdırıb

İsrail İordaniya ilə sərhəddə hündürlüyü 26 metr olan divarın tikintisini başa çatdırıb Bu divar “Ramon” beynəlxalq hava limanının təhlükəsizliyini təmin edəcək
Digər ölkələr
18 May , 2018 19:22
İsrail İordaniya ilə sərhəddə hündürlüyü 26 metr olan divarın tikintisini başa çatdırıb

Bakı. 18 may. REPORT.AZ/ İsrail 26 metr hündürlüyündə strateji müdafiə divarının İordaniya ilə sərhəddəki hissəsinin tikintisini başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə “Al-Quds Al-Arabi” qəzeti məlumat yayıb.

Uzunluğu 4,5 km olan bu divar İsrailin cənubunda yerləşən Eylat şəhərinin yaxınlığındakı Timne rayonunda tikilməkdə olan “Ramon” beynəlxalq hava limanının təhlükəsizliyini təmin edəcək.

Bu, uzunluğu 34 km, hündürlüyü 6 metr olan müdafiə divarının bir hissəsidir. Layihənin dəyəri 52,4 milyon dollardır.

“Ramon” İsrail dövləti yarandıqdan sonra 70 il ərzində tikilən ilk mülki hava limanıdır. Onun tikintisi 3 ilə yaxındır davam edir. Hava limanının rəsmi açılışı 2019-cu ilin mart ayına planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi