İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib
Digər ölkələr
- 26 avqust, 2019
- 01:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilir ki, Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza sektorunun şimalındakı hərbi bazasına, o cümlədən radikal hərəkatın batalyonlarından birinin komandirinin ofisinin binasına zərbələr endirib.
Zərbə Qəzza sektorundan atılan raketə cavab olaraq endirilib.
Hələlik həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edək ki, bazar günü Fələstin muxtariyyətinin ərazisindən İsrailə üç raket buraxılıb. Onlardan ikisi İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
Son xəbərlər
09:38
Naxçıvanda 9 ayda 183 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilib
ASK
09:34
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət
09:33
Məsud Pezeşkian İrəvanda səfərdədir
Region
09:32
Tramp: Zelenskinin pərəstişkarı deyiləm
Digər ölkələr
09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Futbol
09:23
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Fərdi
09:22
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Hadisə
09:14
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək
Futbol
09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.10.2026)
Maliyyə