İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb

İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyada yeni koronavirusa təsdiqlənmiş növbəti yoluxma halı məlum olub.
Digər ölkələr
27 Fevral , 2020 14:02
İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyada yeni koronavirusa təsdiqlənmiş növbəti yoluxma halı məlum olub.

“Report” xəbər verir ki, Valensiya muxtariyyatı hökumətinin “Twitter” səhifəsində bildirilib.

Həmçinin bölgə səhiyyə departamentindən bunun bölgə ərazisində ikinci hal olduğu göstərilir.

Beləliklə, ölkə ərazisində təsdiqlənmiş yoluxma halları 14-ə çatıb. Bunlardan 4-ü Kanar adalarında aşkarlanıb. Yoluxanlardan 2 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi