İspaniyada koronavirus qurbanlarının sayı 28,6 mini ötdü

İspaniyada koronavirus qurbanlarının sayı 28,6 mini ötdü İspaniyada son bir gündə koronavirusdan 48 nəfər ölüb.
Digər ölkələr
24 May , 2020 06:02
İspaniyada koronavirus qurbanlarının sayı 28,6 mini ötdü

İspaniyada son bir gündə koronavirusdan 48 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinə istinadən "El Mundo" bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirus pandemiyası qurbanlarının ümumi sayı 28 678 nəfərə çatıb.

Son 24 saatda koronavirusa 361 yeni yoluxma aşkarlanıb. Beləliklə, 235 290 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirusa demək olar 5,4 milyon insan yoluxub, 343,5 min pasiyent virusun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi