İspaniya XİN başçısı Davosda müzakirələr zamanı huşunu itirib - VİDEO

İspaniya XİN başçısı Davosda müzakirələr zamanı huşunu itirib - VİDEO Xarici işlər naziri DİF-də İspaniya Kralı VI Filippi müşayiət edir
Digər ölkələr
25 Yanvar , 2018 13:06
İspaniya XİN başçısı Davosda müzakirələr zamanı huşunu itirib - VİDEO
AFP 2018/ Javier Soriano

Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Alfonso Dastis Kesedo İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində baş tutan müzakirələr zamanı huşunu itirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

XİN başçısı DİF-də İspaniya Kralı VI Filippi müşayiət edir. Hadisə dünən - sosial birlik üzrə kollokvium zamanı baş verib. İspaniya kralı və müzakirələrdə iştirak edən digər iştirakçılar 62 yaşlı nazirə yardım etmək üçün yerlərindən qalxıblar. Kesedonun qalstukunu çıxarıblar və köynəyinin yaxasını açıblar.

Həkim gəldikdən sonra naziri tibb məntəqəsinə aparıblar.

Diplomatın vəziyyəti tezliklə yaxşılaşsa da, o, sonrakı bəzi görüşlərdə monarxı müşayiət edə bilməyib.

Son xəbərlər

Orphus sistemi