Yuxarı

​İŞİD yaraqlıları Liviyanın iri neft limanlarına hücum edib, 9 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Terrorçuların hücumu nəticəsində baş vermiş yanğın 5 neft rezervuarını əhatə edib

Bakı. 6 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının Liviyanın nəhəng əs-Sidr və Ras-Lanuf ixrac terminalları yaxınlığında həyata keçirdiyi hücum nəticəsində 9 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Bundan öncə əs-Sidr limanının 2 gözətçisinin ölümü haqda xəbər verilirdi.

Məlumata görə, hər iki liman Liviyanın nəzarəti altında qalıb. Lakin iki gün öncə başlanan atışma hələ də davam edir. Hadisə yerində 30 terrorçunun cəsədinin aşkar edildiyi bildirilir.

Hücum nəticəsində baş vermiş yanğın 5 neft rezervuarını əhatə edib, onların 4-ü əs-Sidr, 1-i isə Ras-Lanuf limanındadır. Yanğınlardan ikisi yaraqlılar tərəfindən açılan atəş nəticəsində baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi