İŞİD Kobanidən geri çəkilir

İŞİD Kobanidən geri çəkilir 3 ay ərzində İŞİD qruplaşmasının 1400 üzvü məhv edilib
Digər ölkələr
8 Dekabr , 2014 17:29
İŞİD Kobanidən geri çəkilir

Bakı. 8 dekabr. REPORT.AZ/ Suriyanın Kobani şəhərində iki gün ərzində həyata keçirilən hücumlarda 25 İŞİD tərəfdarı öldürülüb. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, beynəlxalq koalisiya qüvvələri İŞİD-in 4 mövqeyini havadan atəşə tutub.

Məlumatda o da bildirilib ki, kürd qüvvələrinin hücumu nəticəsində 8 İŞİD tərəfdarı zərərsizləşdirilib və çoxlu sayda silah ələ keçirilib. Həmçinin koalisiya qüvvələrinin dəstəyi ilə bir neçə məhəllə xilas edilərək regionda irəliləyişə nail olunub. Hətta İŞİD qüvvələri Kobanidən geri çəkilməyə başlayıb.

Suriya İnsan Haqları Təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki, 3 ay ərzində İŞİD qruplaşmasının 1400 üzvü məhv edilib. Eyni zamanda İŞİD-in təşkil etdiyi hücumlarda PKK-nın Suriya qolunun 471 döyüşçüsü və Azad Suriya Ordusunun 17 əsgəri öldürülüb. 

Son xəbərlər

Orphus sistemi