İŞİD İraqda tarixi arxeoloji muzeyi dağıdıb
- 26 fevral, 2015
- 13:06
Bakı. 26 fevral. REPORT.AZ/ İŞİD İraqın Ninova əyalətində yerləşən Tarixi Arxeoloji Muzeydəki eksponatları dağıdıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əllərində çəkic, külüng, ling və elektrik mişarları və başqa dağıdıcı alətlər olan İŞİD terrorçuları muzeydəki Mesopotamiya ("İki çayın arası") bölgəsinə aid bütün tarixi abidələri, heykəlləri, daş kitabələri və tarixi-mədəni başqa əşyaları məhv ediblər.
Xatırladaq ki, türkmənlərin Mosul şəhəri də bu əyalətə aiddir. Bundan başqa, həmin muzeydə Şumer mədəniyyətinə məxsus çoxlu sayda mədəni irs nümunələrinin də olduğu bildirilir.
#Vyana|da Neft İxrac edən Ölkələr Təşkilatının (@OPECSecretariat) Baş katibi Haysam Əl-Qays ilə görüş keçirdik. Qlobal #neftbazarı|nın tənzimlənməsi və #Azərbaycan|la əməkdaşlığa dair müzakirələr apardıq. pic.twitter.com/ZWZjeggDrX
— Parviz Shahbazov (@ParvizShahbazov) July 9, 2025