Yuxarı
    Bağlamaq

    İraqda ABŞ-ın 2 hərbi qulluqçusu həlak olub, daha 5 əsgər yaralanıb

    İlkin məlumata görə, insident düşmənlə toqquşma zamanı baş verməyib© "AFP"

    Bakı. 13 avqust. REPORT.AZ/ İraqın şimalındakı hərbi əməliyyatlar zamanı ABŞ-ın 2 hərbi qulluqçusu həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" İŞİD terror qruplaşması ilə mübarizə beynəlxalq koalisiyanın qərargahının açıqlamasında bildirilir.

    Açıqlamada qeyd olunur ki, daha 5 ABŞ əsgəri yaralanıb. ABŞ generalı, İŞİD-ə qarşı əməliyyatların komandanı Stiven Taunsend ölənlərin ailələrinə və dostlarına başsağlığı verərək həlak olanları qəhrəman adlandırıb.

    İlkin məlumata görə, insident düşmənlə toqquşma zamanı baş verməyib. Hazırda təhqiqat aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi