İran Qasım Süleymaninin qətlə yetirilməsi ilə bağlı BMT-yə müraciət edib

Digər ölkələr
  • 05 yanvar, 2020
  • 11:27
İran Qasım Süleymaninin qətlə yetirilməsi ilə bağlı BMT-yə müraciət edib

İran hökuməti İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin qətlə yetirilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.

Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadın hava limanında ABŞ hərbçilərinin raket hücumları nəticəsində həlak olub.