Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcək

Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcək Hondurasın paytaxtı Tequsiqalpanın və ölkənin ikinci ən böyük şəhəri olan San-Pedro-Sulanın onlarla ən problemli rayonlarında dekabrın 7-də cinayətkarlıqla mübarizə məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.
Digər ölkələr
6 Dekabr , 2022 05:14
Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcək

Hondurasın paytaxtı Tequsiqalpanın və ölkənin ikinci ən böyük şəhəri olan San-Pedro-Sulanın onlarla ən problemli rayonlarında dekabrın 7-də cinayətkarlıqla mübarizə məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.

“Report” xəbər verir ki, bu barədə Honduras Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, ölkə konstitusiyasında nəzərdə tutulan təminatların dayandırılacağı fövqəladə vəziyyət rejimi 2023-cü il yanvarın 7-nə qədər davam edəcək.

Xatırladaq ki, 2021-ci ildə Hondurasda hər 100 min sakinə təxminən 38 qətl hadisəsi qeydə alınıb. Bu, Latın Amerikasında ən yüksək göstəricilərdən biridir.

Son xəbərlər

Orphus sistemi