Hondurasda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 16 oktyabr, 2023
  • 04:58
Hondurasda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Hondurasın qərbindəki Santa-Rosa-de-Kopan bələdiyyəsində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti məlumat yayıb.

“Ölən miqrantlardan dördü Venesuela vətəndaşıdır”, - qurum əlavə edib.

Qeyd olunub ki, Venesuela, Haiti, Ekvador və Kuba vətəndaşlarını daşıyan avtobus aşıb və çaya düşüb.