Hokkey maskası ideyasının müəllifi dünyasını dəyişib

Hokkey maskası ideyasının müəllifi dünyasını dəyişib 1972-ci il Superseriya iştirakçısı Ken Draydenin böyük qardaşı, müasir hokkey qapıçı maskasının ixtiraçısı Deyv Drayden 82 yaşında vəfat edib
Digər ölkələr
8 Oktyabr , 2022 02:40
Hokkey maskası ideyasının müəllifi dünyasını dəyişib

1972-ci il Superseriya iştirakçısı Ken Draydenin böyük qardaşı, müasir hokkey qapıçı maskasının ixtiraçısı Deyv Drayden 82 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Draydenin 4 il forma geyindiyi “Baffalo”nun mətbuat xidməti məlumat yayıb.

Deyv Drayden 1970-1974-cü illərdə “Baffalo”da çıxış edib. Klubun tərkibində o, komanda tarixində ilk pley-off görüşü də daxil olmaqla 122 oyun keçirib. 1971-ci il martın 20-də Milli Hokkey Liqasının (MHL) Monreal ilə müntəzəm mövsüm matçında, MHL-də ilk dəfə olaraq, qardaşlar qapıda bir-birləri ilə üz-üzə gəliblər.

Ümumilikdə, Deyv Drayden MHL-də 203 oyun keçirib. “Baffalo” ilə yanaşı, “Nyu-York Reyncers”, “Çikaqo” və “Edmonton”da da oynayıb. Onun həmçinin Dünya Hokkey Assosiasiyasında (DHA) 243 oyunu var.

Deyv Drayden qəfəsli üzqoruyan, ən müasir fiberqlas qapıçı maskasının hazırlanmasında və təqdimatında iştirak edib. Karyerasını bitirdikdən sonra o, təhlükəsizliyin yaxşılaşdırılmasına diqqət yetirərək hokkey avadanlıqlarının təkmilləşdirilməsi üzərində işləməyə davam edib.

Son xəbərlər

Orphus sistemi