Hindistanın şərqində bayram festivalı zamanı 7 nəfər ölüb
Digər ölkələr
- 17 noyabr, 2015
- 16:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 noyabr. REPORT.AZ/ Hindistanın şərqində Bihar ştatının Madhubani şəhərində yüksək gərginlikli elektrik naqilinin qırılaraq düşməsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "The Hindu" qəzetinin elektron versiyası xəbər verir.
Faciə insan axının gur olduğu küçədə baş verib. Hadisə Çath bayramı münasibətilə keçirilən festival zamanı meyvə-tərəvəz satışı təşkil edilən küçədə qeydə alınıb.
Məlumata görə, 6 nəfər yerindəcə ölüb. Daha bir nəfərin xəstəxanada keçindiyi bildirilir.
Ştatın baş naziri Nitiş Kumar hadisənin səbəblərini araşdırmağı tapşırıb.
O, həlak olanların ailələrinə maddi yardım ediləcəyinə söz verib.
Son xəbərlər
04:10
Foto
Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib
Digər ölkələr
03:48
Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib
Digər ölkələr
03:12
Tramp: İranla müzakirələrdə kiminlə danışdığımızı artıq bilmirəm
Digər ölkələr
02:44
Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
Digər ölkələr
02:06
Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
Digər ölkələr
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region
01:17
Foto
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
Daxili siyasət
01:00
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib
Futbol
00:38
ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Digər ölkələr