Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Digər ölkələr
  • 23 yanvar, 2017
  • 09:17
Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Hindistanın şərqində qatarın relsdən çıxması nəticəsində baş verən qəzada ölənlərin sayı 41 nəfərə çatıb, daha 68 nəfər isə yaralanıb. Bu gün qəza yerində daha 2 nəfərin cəsədi tapılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat veriblər.

Daha əvvəl ölü sayı 39, yaralı sayı isə 50 göstərilirdi.

Xatırladaq ki, yanvarın 22-nə keçən gecə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində ekspress qatarın 8 vaqonu və lokomotivi relsdən çıxıb. Qatar Caqdalpur şəhərindən Bhubaneşvar şəhərinə - Orissa ştatının paytaxtına hərəkət edib.