Hindistanda leysan yağışı nəticəsində 45 nəfər itkin düşüb - YENİLƏNİB

Hindistanda leysan yağışı nəticəsində 45 nəfər itkin düşüb - YENİLƏNİB Bakı. 25 sentyabr. REPORT.AZ/ Hindistanın şimalında yağan leysan yağışı nəticəsində azı 45 nəfər itkin düşüb.
Digər ölkələr
25 Sentyabr , 2018 10:51
Hindistanda leysan yağışı nəticəsində 45 nəfər itkin düşüb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Hindistanın şimalında yağan leysan yağışı nəticəsində azı 45 nəfər itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insanlar əsasən Himaçal Paradeş ştatının Lahul və Spiti rayonlarında yoxa çıxıblar. İtkin düşənlər arasında Rurki şəhər Texnologiya İnstitutunun 35 tələbəsi də var.

Qeyd edək ki, Hindistanda iyun ayından sentyabr ayının ortalarına qədər musson yağışlar mövsümü davam edir. Rəsmi statistikaya görə, bu il ölkədə leysan yağışı artıq mindən çox adamın ölümünə səbəb olub.


***02:55

Hindistanın şimal ştatlarında leysan yağışının yaratdığı daşqın və sürüşmələr nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Times of India" nəşri yazıb.

Qəzetin yazdığına görə, təbii fəlakət əsasən Cammu və Kəşmir, Pəncab, Himaçal-Pradeş və Haryana ştatlarına zərbə vurub. İki gün davam edən yağışlar subasmalar, sürüşmələr və çoxsaylı dağıntılara səbəb olub.

Pəncab ştatında qırmızı təhlükə səviyyəsi elan edilib. Cammu və Kəşmirdə və Himaçal-Pradeş ştatının əksər hissəsində məktəblər bağlanıb.

Son xəbərlər

Orphus sistemi