Hindistanda keçirilən beynəlxalq kino festivalında 12 nəfər həbs edilib

Hindistanda keçirilən beynəlxalq kino festivalında 12 nəfər həbs edilib Polis onların qanunu pozub-pozmadıqlarını araşdırır
Digər ölkələr
14 Dekabr , 2016 00:54
Hindistanda keçirilən beynəlxalq kino festivalında 12 nəfər həbs edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Hindistanda keçirilmiş beynəlxalq kino festivalında bu ölkənin dövlət himninin səsləndirilməsi zamanı ayağa qalxmaqdan imtina etmiş 12 nəfər həbs edilib.

"Report" "Gazeta"ya istinadən xəbər verir ki, həmin şəxslər polis tərəfindən həbs ediliblər.

Məlumata görə, festivalın təşkilatçıları bir neçə əcnəbi qonağın film nümayişindən öncə səsləndirilən himn zamanı ayağa qalxmaqdan imtina etməsi ilə əlaqədar polisə şikayət ediblər. Kerala ştatının polis müstəntiqi Anil Kumar bildirib ki, həbs edilənlərin hamısı zaminə buraxılıblar. Lakin polis onların 1971-ci ildə qəbul edilmiş milli ehtiramla bağlı qanunu pozub-pozmadıqlarını araşdırır.

Qeyd edək ki, bununla bağlı ilk qanun hələ ötən əsrin 60-cı illərində qəbul edilib. Qanuna görə ölkədəki kinoteatrlarda film nümayişləri zamanı dövlət himninin səsləndirilməsi icbaridir. 

Son xəbərlər

Orphus sistemi