Hindistanda fabrikdə partlayış baş verib, ən azı 8 nəfər ölüb
Digər ölkələr
- 24 yanvar, 2025
- 12:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın Maharaştra ştatında silah zavodunda baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olub, yeddi nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Hindistanın nəqliyyat və avtomobil yolları naziri Nitin Qadkari məlumat verib.
Yerli KİV-in məlumatına görə, Hindistanın maliyyə paytaxtı Mumbaydan təxminən 830 km məsafədə, Bhandara rayonunda yerləşən zavodda raket yanacağı və partlayıcı maddələr istehsal edilir.
Daha əvvəl ştatın baş naziri bildirmişdi ki, partlayışdan sonra dam uçub və 13-14 fəhlə dağıntılar altında qalıb. Onlardan beşini xilas etmək mümkün olub.
Partlayışın səbəbi məlum deyil.
Son xəbərlər
16:43
Azərbaycanın boks millisi Dünya kubokunun final mərhələsində iştirak edəcək
Fərdi
16:38
Sabah Şahbuzda işıq kəsiləcək
Energetika
16:36
Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
16:32
Foto
Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
Ekologiya
16:29
Foto
Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verilib
Elm və təhsil
16:29
Bakının Qızıldaş qəsəbəsində KES tikintisinə torpaq sahəsi ayrılıb
Energetika
16:27
Foto
Azərbaycan Avropa Komissiyası ilə beynəlxalq dəhlizlərə dair əməkdaşlığı müzakirə edib
İnfrastruktur
16:26
Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib
Energetika
16:24
Azərbaycan Premyer Liqası: "Şəfa" "İmişli"ni məğlub edib
Futbol