Hindistanda daşqın zamanı ölənlərin sayı 50 nəfərə çatdı

Hindistanda daşqın zamanı ölənlərin sayı 50 nəfərə çatdı Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı 50 nəfər ölüb
Digər ölkələr
14 Fevral , 2021 17:23
Hindistanda daşqın zamanı ölənlərin sayı 50 nəfərə çatdı

Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı 50 nəfər ölüb.

“Report” “RİA Novost”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, daha 150 nəfər itkin düşmüş sayılır. İtkin düşənlərin əksəriyyəti "Rişiqanqa" hidroelektrik stansiyasının fəhlələridir. Onların axtarışlarına xilasedicilər, Hind-Tibet polisinin əməkdaşları və hərbçilər cəlb edilib.

Xatırladaq ki, hadisə fevralın 7-də ölkənin şimalındakı Uttarkhand ştatında baş verib. Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanqanın çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.

Son xəbərlər

Orphus sistemi