Hindistan HHQ-nin arsenalına ilk “C-295” hərbi-nəqliyyat təyyarəsi daxil edilib

Digər ölkələr
  • 13 sentyabr, 2023
  • 17:44
Hindistan HHQ-nin arsenalına ilk “C-295” hərbi-nəqliyyat təyyarəsi daxil edilib

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) Sevilyada “Airbus Military” tərəfindən istehsal olunan ilk orta yükqaldırma qabiliyyətli hərbi-nəqliyyat təyyarəsi olan “C-295”i arsenalına qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.

Təhvil-təslim mərasimində çıxış edən Hindistan HHQ-nin Qərargah rəisi, baş aviasiya marşalı Vivek Ram Çaudhari bildirib ki, ölkə HHQ-si belə təyyarələrdən ibarət ən böyük donanmaya sahib olacaq. Belə ki, “Airbus” şirkəti ilə birgə bağlanan müqavilədə 56 belə təyyarənin təhvil verilməsi nəzərdə tutulub.

Eyni zamanda, ilk 16 təyyarə 2024-cü ilin sonuna kimi xaricdən gələcək, qalanları isə son illərdə xarici təchizatçılardan asılılığı azaltmağa çalışan Hindistanda istehsal olunacaq.

“Bu, ölkənin aviatikinti sənayesi üçün böyük addımdır”, - Çaudhari qeyd edib.