Hindistan beynəlxalq uçuşlarla bağlı qadağanın müddətini uzatdı

Hindistan beynəlxalq uçuşlarla bağlı qadağanın müddətini uzatdı Hindistan koronavirus pandemiyası səbəbindən mart ayından tətbiq olunan beynəlxalq sərnişin uçuşlarının dayandırılması ilə bağlı qərarın müddətini sentyabrın 30-dək uzadıb
Digər ölkələr
266
31 Avqust , 2020 15:40
Hindistan beynəlxalq uçuşlarla bağlı qadağanın müddətini uzatdı
0 : 00
0 : 00

Hindistan koronavirus pandemiyası səbəbindən mart ayından tətbiq olunan beynəlxalq sərnişin uçuşlarının dayandırılması ilə bağlı qərarın müddətini sentyabrın 30-dək uzadıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Baş Mülki Aviasiya İdarəsinin bildirişində deyilir.

Qeyd olunub ki, qadağa kommersiya məqsədli müntəzəm beynəlxalq sərnişin daşımalarına aiddir, beynəlxalq yük daşımaları və Baş Mülki Aviasiya İdarəsi tərəfindən xüsusi icazə verilən uçuşlara bu məhdudiyyət şamil edilmir.

Sonuncuya Hindistanın müstəsna tərəfdaşları - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, BƏƏ, Qətər və Maldiv adaları ilə xüsusi razılaşdırılmış dəhlizlərdə aviadaşıma daxildir. Hindistan hazırda bir sıra ölkələrlə də bu cür dəhlizlərin açılması üçün danışıqlar aparır.

Orphus sistemi