HƏMAS girovların azad edilməsini təxirə salıb

HƏMAS girovların azad edilməsini təxirə salıb Fələstinin HƏMAS radikal hərəkatı İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən fevralın 15-də ölkəyə qayıtmalı olan və hazırda Qəzza zolağında saxlanılan yeni girov qrupunun azad edilməsini təxirə salıb.
Digər ölkələr
10 fevral 2025 18:41
HƏMAS girovların azad edilməsini təxirə salıb

Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə özünün teleqram kanalında bildirib.

"Son üç həftə ərzində razılaşma şərtlərinin dəfələrlə pozduğunu müşahidə etdik. Bu səbəbdən fevralın 15-də azad edilməli olan məhbusların azadlığa buraxılmasını təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin şərtlərinə əməl etməlidir", - o vurğulayıb.

HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını gecikdirməklə, Qəzza sakinlərinə atəş açmaqla və bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilməməklə razılaşmanın şərtlərini pozub.

Son xəbərlər

Orphus sistemi