İsrailin hava hücumları nəticəsində HƏMAS-ın 5 lideri öldürülüb - YENİLƏNİB

İsrailin hava hücumları nəticəsində HƏMAS-ın 5 lideri öldürülüb - YENİLƏNİB Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail Hərbi Hava Qüvvələri tərəfindən ötən gecə anklavın ərazisinə endirilən hava zərbələri nəticəsində öldürülüb.
Digər ölkələr
18 mart 2025 13:52
İsrailin hava hücumları nəticəsində HƏMAS-ın 5 lideri öldürülüb - YENİLƏNİB

İsrailin bu gün səhər saatlarında Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS hərəkatının beş lideri, o cümlədən Siyasi Büronun iki üzvü öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatdakı mənbə məlumat verib.

“İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 lideri, o cümlədən hərəkatın Siyasi Bürosunun iki üzvü - İssam əd-Daalis və Əbu Ubeydə əl-Cəmasi və Qəzzadakı daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa öldürülüb”, - mənbə bildirib.

12:03

Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.

Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.

HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.

Son xəbərlər

Orphus sistemi