“Google” Kanadada məhkəməyə verilib

“Google” Kanadada məhkəməyə verilib Kanadanın Rəqabət Bürosu, texnologiya nəhəngi “Google”a sahib olan ABŞ-nin “Alphabet” korporasiyasını internet reklamında sui-istifadə iddialarına görə məhkəməyə verdi.
Digər ölkələr
29 Noyabr , 2024 08:57
“Google” Kanadada məhkəməyə verilib

Kanadanın Rəqabət Bürosu, texnologiya nəhəngi “Google”a sahib olan ABŞ-nin “Alphabet” korporasiyasını internet reklamında sui-istifadə iddialarına görə məhkəməyə verdi.

“Report”un xəbərinə görə, bu barədə tənzimləyicinin bəyanatında deyilir.

"Rəqabət Bürosu Kanadada internet reklam texnologiyaları xidmətləri sahəsində sərbəst rəqabətə mane olan davranışa görə “Google”a iddia qaldırır. Hərtərəfli araşdırmadan sonra Büro, şirkətin davranışını kanadalıların xeyrinə düzəltmək üçün Rəqabət Məhkəməsinə müraciət etdi", - sənəddə bildirilir.

Açıqlamada qeyd edilir ki, araşdırmadan sonra tənzimləyici müəyyən edib ki, internetin Kanada seqmentində ən böyük reklam xidmətləri təminatçısı olan “Google” “dominant mövqeyindən sui-istifadə edir”. Bu, digər bazar iştirakçılarının rəqabətini məhdudlaşdırır və onların rəqabət aparmasına mane olur.

Son xəbərlər

Orphus sistemi