General Süleymani ilə həlak olan 4 zabitin adı açıqlanıb

General Süleymani ilə həlak olan 4 zabitin adı açıqlanıb Bağdad hava limanı yaxınlığında ABŞ hava qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymani ilə yanaşı, İran ordusunun daha 4 zabiti həlak olub.
Digər ölkələr
3 Yanvar , 2020 17:37
General Süleymani ilə həlak olan 4 zabitin adı açıqlanıb

Bağdad hava limanı yaxınlığında ABŞ hava qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymani ilə yanaşı, İran ordusunun daha 4 zabiti həlak olub.

“Report” İRİB-ə istinadən xəbər verir ki, “Qüds” xüsusi hərbi birləşməsinin açıqlamasında ölənlərin briqada generalı Hüseyn Cəfərinian, polkovnik Şahrud Müzəffərinian, mayor Hadi Tarimi, kapitan Vahid Zamanian olduqları bildirilir.

Son xəbərlər

Orphus sistemi