Gələn həftə Merts və Netanyahu arasında görüş olacaq
Digər ölkələr
- 28 noyabr, 2025
- 16:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Kansleri Fridrix Merts 6-7 dekabrda İsrailə səfər edəcək və orada ölkənin Baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparacaq.
"Report"un xarici mediaya istinadən məlumatına görə, bu barədə Berlində AFR hökumətinin nümayəndəsi Şteffen Mayer jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mertsin Netanyahu ilə görüşü 7 dekabr tarixinə planlaşdırılıb.
"Tərəflər ikitərəfli əlaqələrin inkişafını və Qəzzədə vəziyyətin sabitləşdirilməsi üçün səyləri, eləcə də digər beynəlxalq mövzuları müzakirə edəcəklər", - deyə Mayer bildirib.
Kansler həmçinin "Yad Vaşem" memorial kompleksini ziyarət edəcək və İsrail vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Son xəbərlər
02:44
Yasamal, Nizami və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr
01:28
İspaniyanın nəqliyyat naziri Toledodakı qatar faciəsindən sonra istefa verib
Digər ölkələr
01:20
Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir
Digər ölkələr
01:10
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Region
01:03
Serbiya parlamenti ölkənin Aİ-yə qəbulu siyasətini davam etdirmək niyyətindədir
Digər ölkələr
00:38
Valdas Dambrauskas: "Vikinq"lə matça digər oyunlardakı kimi hazırlaşmışıq
Futbol