G7 ölkələri Belarusu qanunsuz miqrasiyada günahlandırıb

G7 ölkələri Belarusu qanunsuz miqrasiyada günahlandırıb Kanada, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri Belarusun Avropa İttifaqı ölkələri sərhədində qanunsuz miqrasiyaya rəvac verdiyini bildirib.
Digər ölkələr
18 Noyabr , 2021 14:59
G7 ölkələri Belarusu qanunsuz miqrasiyada günahlandırıb

Kanada, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri Belarusun Avropa İttifaqı ölkələri sərhədində qanunsuz miqrasiyaya rəvac verdiyini bildirib.

“Report” xəbər verir ki, G7 ölkələri Belarusun bu fəaliyyətini qınayaraq Polşa, Litva, Latviya ilə həmrəylik ifadə edib.

“Qarışıq taktika olaraq nizamsız miqrasiyadan təxribat məqsədilə istifadə olunmasının hədəfinə çevrilmiş Polşa, habelə Litva və Latviya ilə yekdilliklə həmrəy olduğumuzu bildiririk”, - Polşa - Belarus sərhəddində yaranmış vəziyyətə həsr olunan bəyanatda qeyd olunur.

Bununla yanaşı, ərazidəki miqrantlara yardım göstərmək üçün beynəlxalq təşkilatlara təcili və məhdudiyyətsiz şərait yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi