G7 nazirləri Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək
Digər ölkələr
- 24 avqust, 2025
- 16:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
G7-nin xarici işlər nazirləri avqustun 24-də Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək.
"Report"un xəbərinə görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin rəhbəri Antonio Tayani sülh və suverenliyə hörmət yolunda Ukraynaya hərtərəfli dəstəyi təsdiqləyib. O, həmçinin İtaliya Xarici İşlər Nazirliyinin fasadının Ukrayna bayrağının rənglərində işıqlandırılmasını tapşırıb.
Bildirilir ki, nazir “Böyük Yeddiliy”ə sədrlik edən Kanadanın çağırdığı virtual G7 toplantısında iştirak edəcək.
G7 ölkələri liderlərin avqustun 18-də Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini yekunlaşdıracaq və Ukraynada sülhün bərqərar olması perspektivlərini müzakirə edəcək.
Son xəbərlər
03:22
WP: Putin Trampın seçkilərlə vağlı narahatlığını onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət