G-7 Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürüb - BƏYANAT

G-7 Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürüb - BƏYANAT G7 ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.
Digər ölkələr
8 May , 2022 20:42
G-7 Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürüb - BƏYANAT

G7 ("Böyük Yeddilik") ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.

Bu barədə “Report” Ağ Evin saytında dərc edilmiş bəyanata istinadən xəbər verir.

“Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü”, - bəyanatda vurğulanır.

Qeyd edilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır. G7-yə üzv ölkələr qeyd edib ki, “təmiz enerji” yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına uyğundur.

G7 ölkələrinin liderləri həmçinin Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq niyyətlərini açıqlayıblar. "Böyük Yeddilik" və Ukrayna belə çətin anda və bu ölkənin demokratik, firavan gələcəyini təmin etmək istəyi ilə birləşib. Biz Prezident (Vladimir) Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq əzmi ilə birləşmişik", - bəyanatda deyilir. 

Son xəbərlər

Orphus sistemi