ABŞ hakimiyyəti Çinlə əlaqəli olduğu iddia edilən hakerlərin Birləşmiş Ştatlarda telekommunikasiya infrastrukturuna çıxışı ilə bağlı araşdırma aparır.
“Report”un xəbərinə görə, bu barədə Federal Təhqiqat Bürosu (FTB), İnfrastruktur və Kibertəhlükəsizlik Agentliyinin birgə bəyanatında deyilir.
Bəyanat çinli hakerlərin ABŞ prezidentliyinə respublikaçılardan namizəd Donald Tramp və onun seçki yarışındakı yoldaşı Ceyms Devid Vensin telefonlarına daxil olmağa çalışdıqları barədə mediada yayılan xəbərlərdən qısa müddət sonra yayımlanıb.
"ABŞ hakimiyyəti ÇXR ilə əlaqəli qurumların kommersiya telekommunikasiya infrastrukturuna icazəsiz girişi araşdırır", - bəyanatda deyilir.
FTB bu sektora yönəlmiş xüsusi zərərli fəaliyyəti aşkarladıqdan sonra Büro, İnfrastruktur və Kibertəhlükəsizlik Agentliyi təsirlənmiş şirkətləri dərhal xəbərdar edib, texniki yardım göstərib və potensial zərərçəkənlərə kömək etmək üçün məlumatları qısa zamanda təqdim edib.